Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” adlı tədbir keçirilib.

09 dekabr 2022 | 10:29

Nəsimi rayonu ərazisində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Dövlət Məşğulluq Agentliyinin, Bakı Regional Məşğulluq Filialının, Nəsimi rayon İcra Hakimiyyətinin, işəgötürən idarə, müəssisələrin və təşkilatların rəhbərlərinin, Bakı şəhər rayonlarının əlaqələndirmə komitələrinin sədrlərinin içtirakı ilə “Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” adlı tədbir keçirilib.

Tədbirdə ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan şəxslərin hüquqlarının müdafiəsi, onların tələbatlarının ödənilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial dəstək tədbirlərindən bəhs edilib.

Əvvəlcə tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyət sahələri və əlilliyi olan şəxslərin əl işləri ilə tanış olublar.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyat istiqamətlərindən bəhs edərək, kvota üzrə işlə təminatın hər zaman diqqətdə saxlanıldığını, həssas qrupdan olan vətəndaşlara dəstəyin prioritet məsələlərdən olduğunu qeyd edib. O, son illər xüsusi kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin əhatəsinin genişləndiyini və bu işdə işəgötürənlərlə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Agentlik sədri digər istiqamətlərdə də işəgötürənlərlə birgə layihələrin icrasından bəhs edib. O bildirib ki, hazırda da qeyd edilən kateqoriyadan olan şəxslərlə bağlı Agentlik tərəfindən yeni layihələr üzərində işlər aparılır. M.Abbasbəyli, həmçinin yerlərdə ərazi məşğulluq proqramlarının icra olunduğunu və bu işdə əlaqələndirmə komitələrinin rolunu vurğulayıb. Agentlik qarşıdakı dövrdə də sosial cəhətdən həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində bütün lazimi tədbirləri bundan sonra da davam etdirəcək.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, respublikamızda olduğu kimi Nəsimi rayonunda da bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşılır, onlara daim yüksək diqqət və qayğı göstərilir, qaldırdıqları məsələlərin operativ qaydada həll olunması üçün müvafiq tədbirlər həyata keçirilir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinin, qazilərinin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Daha sonra işəgötürənlərin çıxışları olub. Həssas kateqoriyadan olan şəxslərə hər zaman dəstək nümayiş etdirdiklərini və bundan sonra da birgə işlərin davam etdiriləcəyini bildiriblər.

Vətən müharibəsi şəhidi Səyavuş Kəlbəliyevin həyat yoldaşı Pərvanə Kəlbəliyeva, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Qəndaf Əkbərli, kvota üzrə əmək faəliyyəti məşğul olan Əli Məmmədov cəmiyyətin və dövlətin bu kateqoriyadan olan insanlara diqqətini yüksək qiymətləndiriblər. Onlar bütün işə götürənlərə sosial müdafiəyə ehtiyacı olan şəxslərə daha çox dəstək olunmaları ilə bağlı çağırış ediblər. 

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifasında konsert proqramı ilə davam edib.

Keçidlər