Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Şuşa ili” ilə bağlı silsilə tədbirlər davam edir.

15 aprel 2022 | 10:30

Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Şuşa ili” ilə bağlı “Qədim Qala, qədim torpaq-Əziz Şuşa!” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Nigar Hənifəyeva tədbir iştirakçılarını salamlayaraq bu mühüm tədbirin əhəmiyyətini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Haqq işi naminə aparılan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi.

Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Tədbirdə şagirdlərin ifasında şerlər və kompazisiyalar tədbir iştirakçılarına xoş ovqat bağışladı. Tədbirin sonunda xatirə şəkili çəkildi.

Keçidlər