Nəsimi rayonunda “Şuşa ili” ilə bağlı silsilə tədbirlər davam etdirilir.
“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu 22 saylı uşaq bağçasında “Xarı bülbül ətirli Şuşam mənim” adlı tədbir keçirildi.
Azərbaycan Respublikasında məktəbəqər uşaqların vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.
Tədbirdə “Xarı bülbül” rəqsi , “Qəlbin payızı” valsı, Şuşa Fatehlərinə həsr olunmuş fləşmob və xor uşaqların ifası tədbir iştirakçılarına xoş ovqat bağışladı.