Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Taras Şevçenkonun heykəlinin yerləşdiyi parkda cari təmir işləri aparılır.

14 fevral 2024 | 10:04

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Belə ki, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri  davam etdirilir.

Qeyd edək ki, Nəsmi rayonu Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində  Taras Şevçenkonun heykəlinin yerləşdiyi parkda cari təmir işlərinə başlanılıb. Parkda yarasız vəziyyətdə olan qranit daşları dəyişdirilir, su fantanının mərmər daşları təmir olunur. Hal-hazırda işlər davam etdirilir.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər