Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi dərsləri: “Azərbaycan təhsilinin inkişaf strategiyası” adlı tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi dərsləri: “Azərbaycan təhsilinin inkişaf strategiyası” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, rayonunun ümumtəhsil müəssisələrinin rəhbərləri və rayon məktəbliləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüşlər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, eyni zamanda Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Ulu Öndər Heydər Əliyevə həsr olunan dərslərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur. Çünki bugünümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir.
Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları Günay Qurbanova və Sevinc Rəsulova “Azərbaycan təhsilinin inkişaf strategiyası” adlı geniş məruzə ilə çıxış etmişlər.
Xüsusi vurğulanmışdır ki, müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzsizdir. Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur. Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırıb.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.