Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elm və tanınmış ziyalıların iştirakı ilə görüş təşkil olunub.

12 aprel 2023 | 11:01

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Bu məqsədlə 11.04.2023-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibəti ilə Nəsimi RİH və YAP Nəsimi rayon təşkilatı ilə birgə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elm və tanınmış ziyalıların iştirakı ilə görüş təşkil olunub.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, Tibb Elmləri doktoru, əməkdar elm xadimi, professor, Türk Dünyası Uluslararası Akademiyanın həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Şöhrət ordenli Prezidentin fərdi təqaüdçüsü, Qərbi Azərbaycan İcması Ağsaqqallar şurasının sədr müavini, Nəsimi rayon İcra Hakimiyyətinin Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski,  AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,  fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi,  Şöhrət Ordeni və 1-ci dərəcəli vətənə xidmət ordeni ilə təltif edilmiş Misir  Mərdanov ,   Respublika Ağsaqqallar Şurasının sədrinin müavini,  Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin Sədri, AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri İmamverdiyev Sudeyif , professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Əsgərov Şahlar, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, QHT rəhbərləri,  rayon ictimaiyyəti və rayon gəncləri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.

Nəsimi  Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək qeyd etdi ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri var, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Ən əsası odur ki, Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı. Heydər Əliyev hər şeydən əvvəl güclü xarizmatik şəxsiyyət idi. Hətta siyasi rəqibləri belə onun xarizmasını, idarəetmə qabiliyyətini, liderlik keyfiyyətlərini etiraf etmək məcburiyyətində qalırdı. Universal biliyi, intellekti, dünyagörüşü, siyasi müdrikliyi, təmkini və səbri, hadisələri düzgün və çevik qiymətləndirmə, nəticə çıxarma bacarığı, eyni zamanda, hadisələrə həssas və ədalətlə yanaşması, həmişə obyektiv mövqe tutması dövlət başçısı kimi onun ən yüksək şəxsi keyfiyyətlərindən idi.

Ulu Öndərin fenomenal yaddaşını da xüsusi qeyd etmək istərdim. Heydər Əliyev həqiqətən də qeyri-adi yaddaşa sahib şəxsiyyət, mahir natiq idi. Bu gün torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaqdır.

Professor Mərdanov Misir çıxış edərək bildirdi ki,  Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır.  görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub.

Daha sonra, ictimai-siyasi xadim Əsgərov Şahlar çıxış edərək qeyd etdi ki, bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə dövrün ideoloji çərçivələri daxilində dərin islahatlar həyata keçirməklə, Azərbaycanı o zamanlar sovetlər birliyinin ən geridə qalmış ölkəsindən ən dinamik inkişaf edən ölkəsinə çevirməklə özünü genişmiqyaslı qurucu-islahatçı lider kimi təqdim edib.Təbii, biz Heydər Əliyevi üçüncü prizmadan müstəqil azərbaycançılıq ideologiyasının banisi kimi dəyərləndiririk. Azərbaycançılıq ideologiyası Heydər Əliyevin Azərbaycana bəxş etdiyi və bu gün Azərbaycanın bu təməl üzərində qərar tutduğu bir ideoloji sistemdir.

İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib. Bu gün ölkəmizdə və onun hüdurlarından kənarda uğurla həyata keçirilən layihələr, görülən nəhəng işlər Heydər Əliyev ideyalarını, onun azərbaycançılıq fəlsəfəsini, dövlətçilik irsini yaşatmaqdadır.

Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi  İmamverdiyev Sudeyif   çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının (YAP) ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski çıxışında bildirdi ki, Ümummilli Lider hər zaman Azərbaycanı güclü, mətin, müstəqil görmək istəyirdi, bundan ötrü qüvvələrini əsirgəmədi və Ulu Tanrının ona bəxş etdiyi fitri istedadı, qətiyyəti, diplomatik qüdrətini tam surətdə bu istiqamətə yönəltdi. Azərbaycan xalqı hər zaman bunu görür və bütün qəlbi ilə hiss edirdi, inanırdı ki, Ulu Öndər millətimizi xoşbəxt, firavan gələcəyə, sərhədlərimizin toxunulmazlığına, dünya tərəfindən hörmət və ehtirama, iqtisadi və siyasi əmin-amanlığa aparır. Bu gün Azərbaycanımızın inamlı irəliləyişi, dövlətlərin siyasi müstəvidə ölkəmizin mövqeyi, hayati maraqları ilə hesablaşması onu göstərir ki, Ulu Öndərin ideyaları reallıqda öz təcəssümünü tapmış, onun uzaqgörənliyi nəinki dövlətimizin, eləcə də yaxın və uzaq geosiyasi arenanın sabitliyinin təmin olunmasında həlledici rol oynamışdır. Ulu Öndər Azərbaycanın həqiqi, real müstəqilliyinin əsasını, bünövrəsini qoymuş, dünya siyasətçilərinə vətənpərvərliyin hər zaman diplomatiyanın, idarəçiliyin ana xətti olduğunu bütün şərəfli fəaliyyəti, xalqa, millətə xidməti ilə sübut etmişdir. Ulu Öndərin əziz xatirəsi hər zaman, qərinələr keçsə belə, əziz və müqəddəsdir!

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

Keçidlər