Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib.

06 may 2023 | 11:20

Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ və "Spektrum" intellektual klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi və Bakı şəhərinin Nəsimi, Nərimanov və Suraxanı rayonlarının ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova açaraq qonaqları tədbir iştirakçılarına təqdim edərək tədbirin əhəmiyyətindən danışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Hüseynov qalib komandaları təbrik edərək bildirdi ki, intellektual yarışın keçirilməsində məqsəd 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı dahi şəxsiyyətin Azərbaycan dövlətinin yaradılmasında və inkişaf etdirilməsində müstəsna xidmətlərinin öyrədilməsi, ideyalarının gənc nəslə aşılanmaqdır.

Sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş sualları yarış iştirakçıları böyük həvəslə cavablandırıblar.

Final yarışda Bakı şəhərinin 3 rayonu üzrə Nəsimi rayonu məktəbləri - İ.Əfəndiyev adına Elitar Gimnaziyanın komandası I-ci yerə,  E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin komandası II yerə, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin komandası III yerə sahib çıxmışlar.

 Qalib komandalara diplom və hədiyyələr təqdim olundu.  Sonda xatirə şəkili çəkilb.

Keçidlər