Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirildi.
İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş şahmat turniri keçirildi.
Turnirdə Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Aynur Sofiyeva, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, Gimnaziyanın pedaqoji kollektivi və şagirdlər iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova qonaqları və turnir iştirakçılarını salamlamış və qonaqları turnir iştirakçılarına təqdim edərək turnirin əhəmiyyətindən danışdı.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva şagirdləri salamlayaraq, onlara öz tövsiyyələrini verdi.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək, Azərbaycanda idman siyasətinə həmişə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini vurğuladı.
Sonra turnurə start verildi. Turnirdə Elitar gimnaziyanın 1-11 sinif şagirdləri fəal iştirak etdilər.
Turnirin sonunda 9r2 sinif şagirdi Rəsul İmanov I yerə, 8a3 sinif şagirdi Zəhra İsrafilzadə II yerə və 8r1 sinif şagirdi Murad Süleymanov III yerə sahib olub.
Qaliblər mükafatlandırılıb və turnirdə iştirak edən bütün şagirdlər sertifikatla təltif edilib.