Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

25 aprel 2024 | 10:50

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə 54 nömrəli tam orta məktəbin direktoru Sahibə Abbasova açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyətindən danışdı.

Nəsimi rayon İcra Hakimiiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Hamılıqla qəbul olunan milli ideya və eyni ilə də hamı tərəfindən etiraf olunan milli lider tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda çıxış edib və bu gün də çıxış etməkdədir. Öz əməli, missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər azdır. Amma hər bir xalqın, millətin təkamül tarixində belə şəxsiyyətlər olub və olacaqdır. Bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə rast gəlmək mümkün deyildir. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur.

Beləliklə, “azərbaycançılıq” idealogiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıdı, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını  yerinə yetirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ulu öndər xalqa müraciətlərinin birində axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdi. Ulu öndər “Ona özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdi. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Azərbaycanın iqtisadi imkanları daha da genişləndi. Beynəlxalq münasibətlər sistemində rolu artdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. Ölkəmizin inkişafında, eləcə də Vətən müharibəsi dönəmində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu, həmçinin, Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyəti danılmazdır.

Tədbirdə məktəbin tarix müəllimi Tahirə Abbasova Ulu öndərin həyat və fəaliyyətindən danışıb.

Tədbirin sonunda şagirdlərin ifasında mahnılar və şerlər tədbir iştirakçılarına xoş ovqat bağışladı.

 

Keçidlər