Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi.
Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçirildi. Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.
Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans keçirildi. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, iqtisad elmləri doktoru, professor Azər Kərimov, BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev, universitetin professor-müəllim heyəti və doktorantlar iştirak ediblər. Konfransa onlayn olaraq qoşulan Tambov Dövlət Texniki Universitetinin dosenti, filologiya elmləri namizədi Nemtsova Nadejda Mixaylovna Azərbaycana, o cümlədən BSU-nun professor-müəllim heyəti və tələbələrinə salamlarını çatdıraraq konfransda iştirakından məmmnunluğunu ifadə etdi.
Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititular, müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.
Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və filologiya məsələləri” və digər mövzularında məruzələri dinlənilib.
Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin və Azərbaycan Dillər Universietinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələri sədrlərinin, bir qrup Vətən müharibəsi şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, rayon ziyalılarının, veteranlarının, ictimaiyyət nümayəndələrinin və fəal gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı geniş tədbir keçirildi.
Əvvəlcə Universitetin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu.
Tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Ulu bir sərkərdə, ulu bir öndər” adlı videoçarx nümayış etdirilib.
Tədbir iştirakçıları Ulu öndərin həyat və fəaliyyətindən söz açmış, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərilməsindən, qüdrətli lider olaraq xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağından və Ulu öndərin azərbaycançılığın milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqlənməsindən danışıldı.