Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 - cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Nəsimi rayon İcra Hakimiyyəti Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbi ilə birgə məktəbin akt zalında Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əzizxatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.
Sözügedən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin fəaliyyəti haqqında videoçarx nümayiş etdirildi, daha sonra şagirdlərin ifasında xalq mahnıları və bəstəkarlarımızın əsərləri səsləndirildi.