Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında təşkil olunmuş futbol turniri davam edir.

18 aprel 2024 | 10:27

Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş  rayonun idarə və  müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verilmişdir.

Turnir 8 komandadan ibarət olmaqla 2 qrupa ayrılıb. Turnirə aprel ayının 5-də ilk oyuna start verilib, may ayının ilk həftəsində final yarışları keçiriləcək. Turnirin idarə olunmasında idman müəllimlərindən ibarət hakim komandası cəlb olunmuşdur. Oyunlar Azfar Grup Şirkətinə məxsus mini-futbol meydançalarında keçirilir.

Qalib komandalar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqdırlar.

Keçidlər