Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib.
15 mart 2025 | 12:55
Yazın gəlişi ilə əlaqədar paytaxtımızda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Nəsimi rayonunda da ümumrayon iməciliyi keçirilmişdir. Rayon ərzaisində keçirilən iməclikdə idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
İməcilik zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmiş, yaşıllıqlara qulluq göstərilmişdir.