Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda "Uşaq Hüquqları Aylığı" çərçivəsində silsilə tədbirlər davam etdirilir

30 oktyabr 2026 | 13:32

"Uşaq Hüquqları Aylığı" çərçivəsində Nəsimi Rayon 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində tədbir keçirilib.

Tədbirin əsas məqsədi uşaq hüquqlarının təşviqi, uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, istedad və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların cəmiyyətin fəal üzvləri kimi formalaşmasına dəstək göstərməkdir.

Tədbir çərçivəsində əvvəlcə Mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə uşaq hüquqlarının təşviqi və müdafiəsi mövzusuna həsr olunmuş rəsm, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcı işlər nümayiş etdirilib. Məktəblilərin özünəməxsus yanaşmasını, yaradıcılıq qabiliyyətini və zəngin dünyagörüşünü əks etdirən əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd olunub ki, bu qəbil tədbirlərin təşkili uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsi, özünəinam hissinin artırılması və hüquqlarının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Uşaq Hüquqları Aylığı" çərçivəsində keçirilən tədbirlər uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafının təmin edilməsi və cəmiyyətin diqqətinin bu sahəyə yönəldilməsi istiqamətində davam etdirilir.

Keçidlər