Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib.

19 noyabr 2025 | 15:58

Məlum olduğu kimi, ölkəmiz  Birləşmiş Millətlər Təşkilatının “Uşaq   hüquqları haqqında” Konvensiyasına (UHK) qoşulmaqla uşaqların hüquqlarının təmin olunması sahəsində üzərinə bir sıra öhdəliklər götürmüşdür. Ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasının tələblərinə uyğun olaraq Nəsimi rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər həyata keçirilir.

Nəsimi rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının müdafiəsi, onların maarifləndirilməsi və təhlükəsiz mühitdə inkişaf etdirilməsi məqsədilə tədbirlər təşkil olunub. Aylıq çərçivəsində təhsil müəssisələrində ümumilikdə 28 tədbir keçirilmiş, eyni zamanda  Nəsimi RİH-də “Xüsusi uşaqlar, xüsusi qayğı” adlı tədbir və  “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim təşkil olunaraq  uşaq hüquqları ilə bağlı məlumatlandırma, maarifləndirmə və şagirdlərin sosial-psixoloji inkişafını dəstəkləyən görüşlər həyata keçirilmişdir.

Tədbirlərin davamı olaraq aylıq müddətində Nəsimi rayonunda yerləşən 5 ,9 ,44, 111, 159, 240, 266  nömrəli məktəblərdə, 16 nömrəli Texniki Humanitar Liseydə və Elitar Gimnaziyada uşaq hüquqlarına dair silsilə tədbirlər, maarifləndirici görüşlər həyata keçirilmişdir. Tədbirlər həm ibtidai, həm də yuxarı sinif şagirdlərini əhatə etmiş və hər bir yaş kateqoriyasına uyğun mövzular üzrə maarifləndirici fəaliyyətlər aparılmışdır.

Keçirilən tədbirlər çərçivəsində uşaqlara BMT-nin “Uşaq Hüquqları Konvensiyası”, uşaqların təhsil alma, müdafiə olunma, təhlükəsizlik, mühitə   uyğun inkişaf, istismar və zorakılıqdan qorunma kimi əsas hüquqları barədə ətraflı məlumatlar verilmiş, eyni zamanda zorakılıq, erkən nikah, kibertəhlükəsizlik və sosial şəbəkələrdən düzgün istifadə kimi aktual mövzular şagirdlərlə müzakirə olunmuşdur. Təlimlər zamanı psixoloqlar və sosial işçilər tərəfindən uşaqların psixoloji təhlükəsizliyi, riskli vəziyyətlərin tanınması, özünüifadə bacarıqlarının inkişafı və zəruri hallarda müraciət etməli olduqları qurumlar barədə əhatəli məlumatlar təqdim edilmişdir.

Görüşlər interaktiv şəkildə təşkil edilmiş, şagirdlərin fikirlərini ifadə etmələri üçün geniş şərait yaradılmışdır. Sual-cavab sessiyaları, situasiya nümunələri və maarifləndirici videoçarxların nümayişi tədbirlərin daha təsirli olmasına şərait yaratmışdır. Bununla yanaşı,  valideynlərlə də maarifləndirici söhbətlər aparılaraq uşaqların müdafiəsində ailə-məktəb əməkdaşlığının gücləndirilməsi vurğulanmışdır.

Aylıq çərçivəsində görülən işlər nəticəsində şagirdlərin uşaq hüquqları ilə bağlı məlumatlılıq səviyyəsi yüksəlmiş, təhlükəli situasiyaların tanınması və onlardan qorunma bacarıqları inkişaf etmişdir. Məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş fəaliyyətlər gücləndirilmiş, uşaqlar arasında psixoloji rifah və sosial davranışların möhkəmləndirilməsi istiqamətində addımlar atılmışdır.  “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam etdirilir.

Keçidlər