Nəsimi rayonunda “Uşaq hüquqları aylığı” ilə əlaqədar növbəti tədbir keçirilib.
Keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon məktəbliləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları şagirdlərin rəsm işlərinə tamaşa edib.
Tədbirdə bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılmış və onlara hüquqları barədə müvafiq hüquqi yardımlar edilib.