Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, valideyn qayğısı-sağlam gələcək” adlı konfrans keçirilib.

13 mart 2024 | 09:40

Nəsimi rayonunda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Palitra" rəsm studiyasında “Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, valideyn qayğısı- sağlam gələcək” adlı konfrans keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, valideynlər, istedadlı şagirdlər və  iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları gənc rəssamların əl işlərinə tamaşa ediblər. Hər iştirakçı öz avtoportretini xəyalındakı obrazda çəkərək rəngarəng və biri-birindən maraqlı rəsm əsərləri çəkiblər. Gənclər bu obrazlarda özlərini nağıllar aləmində, rəssamların əsərlərində, keçmişdə, gələcəkdə və s. təsvir etməklə qadınların həyatımızdakı rolunun nə qədər vacib olduğunu bir daha göstərmək istəyiblər. Qadınlar dünyanın bəzəyidir. Hər bir qız gələcəyin gözəl qadını, anası, müəllimi, həkimidir. Hər bir rəsmdə maraqlı detallar, fərqli düşüncələr və ən əsası qəhrəman qadın təsvir olunub.

Tədbiri giriş sözü ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti açaraq, bildirdi ki, rayonda istedadlı uşaqlar yetişir və bu uğur uşaqlar bizi çox sevindirir. Çünki uşaqlar bizim gələcəyimizdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi ulu öndərin daim diqqətində olub. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında qanununa əsasən uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin edirlər. Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir.

Qeyd olundu ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir.

 Sonda rayonun şagirdləri  öz istedadlarını nümayiş etdiriblər.

 

Keçidlər