Nəsimi rayonunda Uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilmiş tibbi sanitariya xidmətinin təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması mövzusunda maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin akt zalında Nəsimi rayon İcra Hakimiyyəti və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq və yeniyetmələrin profilaktik müayinələrinin yaxşılaşdırılması və uşaqların dərin tibbi mayinələrinin keyfiyyətli təşkili mövzusunda marifləndirici tədbir keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika GEM-nin UYYGB-nin məhsul əməkaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər müəssisələrin əməkdaşları və tibb işçiləri iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılmasını və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan verdiyini bildirdi.
Respublika GEM-nin UYYGB-nin məsul əməkaşları Fatma Nəzərova və Mehriban Eminova bu sahədə həyata keçirilən dövlət Proqramın əsas vəzifəsinin tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsinə xidmət ediyini bildiriblər. Eyni zamanda dövlət büdcəsindən maliyyələşən uşaq və yeniyetmə müəssisələrində çalışan obliqat qrup işçilərinin tibbi müayinədən keçmələrinin, təlim-tədris müəssisələrində uşaqların sağlam həyat tərzinin formalaşmasına nail olunmasını, “Sağlam həyat tərzi”, “Fiziki aktivlik”, “Tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri”, “Gənclərin fövqəladə hallarda davranışı” istiqamətində mövzuların əhatə olunaraq yerlərdə təbliğatının gücləndirilməsini qeyd etdilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.