Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Həsənli Elçin Vaqif oğlunun xatirə lövhəsinin açılışı oldu.

01 noyabr 2022 | 10:21

Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Nəsimi rayonunda, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbində    RİH başçısının birinci müavini Gülarə Verdiyeva, Millət Vəkili Məlahət İbrahimqızı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid Elçin Həsənlinin ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif edilmiş, həmin məktəbin məzunu olmuş Vətən müharibəsi Şəhidi Həsənli Elçin Vaqif oğlunun xatirə lövhəsinin açılışı olub.

Əvvəlcə dövlət himni səslənib, ərazi bötövlüyü uğruna canından keçən şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Şəhid Elçin Həsənlinin anası Xatirə Həsənli və Elçinin cəbhə yoldaşları şəhidimizin şərəfli döyüş yolundan danışıblar.

Tədbirdə məktəb şagirdlərin ifasından şerlər və kompazisiyalar nümayiş etdirildi.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər