Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi İsmayılov Emin Tahir oğlunun ailəsi ziyarət olundu.

23 sentyabr 2022 | 11:23

Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

Rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhidi İsmayılov Emin Tahir oğlulunun  ailəsi RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub,  ailəyə maddi və ərzaq  yardımı edilib.

Ziyarət zamanı Vətən müharibəsi şəhid ailəsinin  üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər