Nəsimi Rayonunda Vətən müharibəsi şəhidi Qasımlı Mir Həmid Nazım oğluna həsr olunmuş “Mir Həmidin şəhidlik zirvəsi” adlı kitabın təqdimatı keçirilib.
Nəsimi rayonu E.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Qasımlı Mir Həmid Nazım oğluna həsr olunmuş “Mir Həmidin şəhidlik zirvəsi” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə kitabın müəllifi, hüquq elmləri doktoru, şəhidin dayısı Rasim Ağasiyev açaraq bildirdi ki, “Mir Həmidin şəhidlik zirvəsi” adlı bu kitab vətənimizin suverenliyi, ərazi bütövlüyü üçün keçdiyimiz yola işıq salacaq, gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələri üçün əvəzsiz vətənpərvərlik mənbəyi rolunu oynayacaqdır.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov qeyd etdi ki, bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir.
Digər çıxış edənlər müəllifə təşəkkür edərək, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzu ediblər.
Şəhid Qasımlı Mir Həmidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.