Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Nəsimi rayonunda 8 noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq rayon ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
İlk olaraq Vətən Müharibəsində həlak olan Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra tədbir iştirakçıları xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirin sonunda Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbinin xor dərnəyinin üzvlərinin ifasında “Ey Vətən” mahnısı ifa olunub.