Nəsimi rayonunda Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ərəfəsində “Qələbəyə gedən yol" adlı tədbir keçirilib.
Bakı şəhəri “3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı və “Çinar Yayımları” nəşriyyatının dəstəyi ilə Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Qələbəyə gedən yol" adlı tədbir keçirilib.
Tədbirin əvvəlində mərkəzin gənc rəssamlarının rəsm işlərindən ibarət sərgi nümayiş olundu.
Tədbirin bədii hissəsində mərkəzin istedadlı uşaqlarının ifasında tarixi qələbəmizə həsr olunmuş bir-birindən gözəl vətənpərvər şeirlər səsləndi, mahnılar ifa edildi və rəqslər nümayiş etdirildi.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, digər idarə və təşkilatların nümayəndələri, şəhid ailələri və qazilər qonaq qismində iştirak etdilər.
Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü yüksək səviyyədə qeyd etmək, gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, onlarda doğma vətənə, torpağa məhəbbət hissini artırmaqdır.






