Nəsimi rayonunda vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirildi.
Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20.06.2022-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirildi.
İlk olaraq aksiyada iştirak edən sakinlərlə görüş keçirildi. Görüş zamanı Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, millət vəkilləri Məlahət İbrahimqızı, Asim Mollazadə, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdir müavini Dilarə Əfrasiyabova, Azərbaycan dövlətinin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini vurğulayaraq vətəndaşların bu istiqamətdə maariflənməsi və onları narahat edən məsələlərin həllində belə aksiyaların mühüm əhəmiyyətə malik olduğunu bildirdilər.
Daha sonra Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlar hər biri fərdi qaydada dinlənilərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirildi.