Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yaşayış binalarının dam örtüklərində əsaslı təmir işləri aparılır.

16 oktyabr 2022 | 09:53

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qış mövsümünə hazırlıqla əlaqədar olaraq  Nəsimi rayonunda Hüseynbala Əliyev 50 saylı  binanın dam örtüyündə əsaslı təmir işləri aparılıb.

Təmir işləri zamanı binanın dam örtüyü əsaslı təmiri ilə yanaşı, yağış sularını axıdan boruların və navalçaların dəyişdirilməsi də həyata keçirilib. Qeyd edək ki, rayonun müxtəlif ünvanlarında bu istiqamətdə işlər davam etdirilir.

İşlərin keyfiyyətlə başa çatdırılması daim nəzarətdə saxlanılır.

Keçidlər