Nəsimi rayonunda yaşayış binalarının dam örtüklərində əsaslı təmir işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qış mövsümünə hazırlıqla əlaqədar ümumi yaşayış binalarının damlarında əsaslı təmir işləri aparılır. Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 3, 5, 7, 50, Mir Cəlal küçəsi 42, Hüseyn Seyidzadə küçəsi 18, Asif Məhərrəmov küçəsi 33, 45, 60, 64, Moskva prospekti 90, Mirəli Qaşqay küçəsi 24 saylı binaların dam örtükülərində əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər yekunlaşmışdır.
Eyni zamanda Asif Məhərrəmov küçəsi 31 saylı ünvanında damlarında da əsaslı təmir işləri davam etməkdədi. Qeyd edək ki, görülmüş işlər çərçivəsində müxtəlif ünvanlarda ümumi yaşayış binalarının damlarında ümumilikdə 7000 kv.m-ə qədər sahədə cari təmir işləri aparılmışdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma , infrastruktur işləri davam etdirilir.