Nəsimi rayonunda “Yaşıl dünya həmrəylik ili” çərçivəsində rayon məktəblilərinin əl işlərindən ibarət sərgi keçirilib.
Nəsimi rayonu 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya həmrəylik ili” çərçivəsində rayon məktəblilərinin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə xüsusi vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar mərkəzdə müxtəlif layihələr və tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərdə uşaqlarda ətraf aləmin qorunması, yaşıllıqların çoxaldılması tərbiyəsini aşılayır.
Daha sonra qonaqlar sərgi ilə tanış olmuş, müəllim və şagirdlərə diplom və təşəkkürnamə təqdim olunub.
Tədbir musiqi və rəqs nömrələri ilə davam etdirilib. Sərgidə 13 əl işi və 67 rəsm nümayiş olunub.
Tədbirin sonunda xatirə şəkili çəkilmişdir.