Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir.
“Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonunda ümumilikdə 2000 ədəd müxtəlif ağac növləri 10000 ədəd isə dekorativ güllər və çiçəklərin əkilməsi nəzərdə tutulmuşdur.
Tərtib olunmuş tədbirlər planına əsasən ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonu Rəşid Behbudov küçəsi boyunca 100 ədəd ağac və 600 ədəd dekorativ güllər və çiçəklər əkilmişdir. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcəkdir.
Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.