Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir.
22 oktyabr 2024 | 11:44
“Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyası çərçivəsində tərtib olunmuş tədbirlər planına əsasən Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi boyunca 500 ədəd müxtəlif növ dekorativ güllər və çiçəklər əkilmişdir.
Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.