Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Bizim yaşıl dünyamız” adlı tədbir keçirilib.

01 may 2024 | 10:30

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə E.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Bizim yaşıl dünyamız” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, valideynlər və şagirdlər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları məktəbin şagirdləri tərəfindən müxtəlif tullantı əşlalarından hazırlanmış sərgiyə baxış keçirilmiş və məktəbin həyətində gül kolları əkildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Jalə Hacıyeva açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.

Tədbirdə şagirdlər tərəfindən müxtəlif kompazisiyalar nümayiş etdirmişdir.

Keçidlər