Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünya bizim evimizdir” adlı tədbir keçirilib.
Nizami Kino Mərkəzində Nəsimi rayonu 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünya bizim evimizdir” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbirin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar müxtəlif layihələr və tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərdə uşaqlarda ətraf aləmin qorunması, yaşıllıqların çoxaldılması tərbiyəsini aşılayır. Tədbir musiqi və rəqs nömrələri ilə davam etdirilib.
Tədbirin sonunda xatirə şəkili çəkildi.