Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elektrik enerjisindən qənaətlə istifadəyə dair yığıncaq keçirildi

23 sentyabr 2024 | 14:19

Nəsimi rayon İcra Hakimiyyətində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində irəli gələn vəzifələr və görülmüş işlərlə bağlı növbəti yığıncaq keçirilmişdir. Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısı aparatının, Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliklərin, rayon Bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin, Xidmət sahələrinin, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin məsul şəxsləri iştirak etmişlər.

Yığıncağa sədrlik edən Rayon İcra Hakimiyyəti başçının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov yığıncağı açaraq bildirmişdir ki, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 24 nömrəli 20.02.2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Nəsimi rayonu üzrə müəyyən olunmuş istiqamətlərdə tədbirlər uğurla davam etdirilir. Qeyd olundu ki, ətraf mühitin sağlamlaşdlrması sahəsində tədbirlərə də mühüm yer ayrılmalı, xüsusilə elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsinə diqqət yetirilməlidir.  Nəzərə çatdırıldı ki, dünyadakı təbii sərvətlər sürətlə tükəndiyi üçün qənaət düşüncəsi ilə hərəkət etmək və gələcək nəsillərə daha rahat yaşana bilən, ekoloği təmiz dünya buraxmaq bizim borcumuzdur.

Tədbirdə  kommunal və xidmət sahələrinin rəhbərləri çıxış edərək bu istiqamətdə rayon ərazisində aparılan işlər barədə məlumatlar verildi.

Yığıncağın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 24 nömrəli 20.02.2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin, o cümələdən elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi tədbirlərinin davam etdirilməsinin vacibliyini qeyd edərək aidiyyəti üzrə tapşırıqlar verdi.

 

Keçidlər