Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin sağlam həyat tərzi ilə bağlı “Sağlamlığı qoruyaq sağlam vətəndaş olaq!” adlı maarifləndirici tədbir keçirilib.

14 mart 2024 | 10:46

Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işləri və rəsmləri ilə tanış olmuş, şagirdlər öz əl işləri barədə ətraflı məlumat verdilər.

Tədbiri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova çıxış edərək, tədbir haqqında məlumat verərək qeyd etdi ki, məktəbimizdə silsilə tədbirlər keçirilir. Şagirdlər təbiəti qorumağı, sevməyi və heyvanlara şərait yaratmağı da unutmamışdır. Canlı heyvanlardan sərgilər nümayiş etdirilir, tullantılardan sərgilər düzəldirlər. Geyinilməyən paltarlardan əl çantaları tikərək yaşıl dünyanı əks etdirən rəngarəng şəkillər çəkərək çantaları şagirdlərə payladılar. Onu da qeyd etdi ki, bu lahiyələr ilin sonunadək davam edəcəkdir. Bütün bunlar ətraf mühitin qorunmasına və təmizlənməsinə xidmət edir.  

Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ümdə məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır. Sözügedən sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur.  

Natiq şagirdlərin və müəllimlərin müasir dövr üçün aktual olan bu tədbirin həyata keçirilməsində rolunu dəyərləndirdi və tədbirin həyata keçirilməsində fəal iştirak edən bir qrup müəlim və şagirdlərə fəxri fərman təqdim etdi.

Keçidlər