Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib.
Bakı şəhəri Nəsimi rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir. Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 10 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir.
Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Mir Cəlal küçəsi boyunca park və yaşıllıq zolağında 2000-dən artıq dekorativ gül kolları və çiçəklər, 450-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcəkdir.
Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.