Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində su ehtiyatlarından səmərəli istifadəyə dair yığıncaq keçirildi

14 oktyabr 2024 | 15:28

Nəsimi Rayon İcra Hakimiyyətində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində irəli gələn vəzifələr və görülmüş işlərlə bağlı növbəti yığıncaq keçirilmişdir. Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısı aparatının, Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliklərin, rayon Bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin, Xidmət sahələrinin, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin məsul şəxsləri iştirak etmişlər.

Yığıncağa sədrlik edən Rayon İcra Hakimiyyəti başçının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov yığıncağı açaraq bildirmişdir ki, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 24 nömrəli 20.02.2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 4.4-cü bəndinin icrası məqsədilə Nəsimi rayonunda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi  istiqamətində tədbirlər uğurla davam etdirilir.

Qeyd olundu ki, iqlim dəyişmələri fonunda su ehtiyatlarının qorunması, israfçılığın qarşısının alınması və bu sahədə maarifləndirmənin artırılması xüsusi əhəmiyyət kəsb edir. Əhalinin içməli və texniki suya olan tələbatının gələcək nəsillər üçün də davamlı şəkildə təmin olunması məqsədilə hər bir vətəndaş suya qənaət etməli, bu sahədə üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Tədbirdə kommunal və xidmət sahələrinin rəhbərləri çıxış edərək bu istiqamətdə rayon ərazisində görülən işlər barədə məlumatlar vermiş, müvafiq təkliflərlə çıxış etmişlər.

Keçidlər