Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Leyli və balaca adamın sirri” adlı tamaşa keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, rayon məktəbliləri və valideynlər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işi ilə tanış olmuşlar.
Sonra Azərbaycan yazıçılar birliyinin üzvü, Uşaq ədəbiyyatı yazıçısı, ssenarist Günel Əsgərovanın “Leyli və balaca adamın sirri” adlı tamaşa məktəblilərə təqdim edildi. Tamaşada təbiətimizi qorumaq, canlılara qayğı göstərmək, yaşıllıqları artırmaq və təbiətin gözəlliyini aşılamaqdır. Tamaşa məktəblilərin alqışları ilə başa çatdı.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və digər məsul əməkdaşlar tədbir iştirakçılarına öz təşəkkürlərini bildirmiş, 2024-cü ildə görülmüş işlərdən və gələcəkdə keçiriləcək layihələrdən danışdılar.
Tamaşa “2 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin dərnək üzvləri tərəfindən hazırlanmışdır. Dərnək üzvləri arzu etdikləri dünyanın modelini nümayiş etdilər.
Sonda xatirə şəkilləri çəkilib.