Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər davam edir.

22 aprel 2024 | 10:39

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “2024-Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgi və tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştiakçıları şagirdlərin hazırladıqları rəsm və əl işlərinə tamaşa ediblər. Müxtəlif tullantı məmulatlarından hazırlanan əl işləri rəngarəngliyi ilə seçilirdi. Hər bir uşaq öz əl işini nə ilə və nə məqsdlə hazırladıqları barədə dolğun məlumatlar verirdilər.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki,  ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.  Natiq xüsusi vurğuladı ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə rayonun idarə, müəssisə və təşkilatlarında  “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yerlərdə tədbirlər keçirilir və bu tədbirlər ilin sonundək davam etdiriləcəkdir.

Tədbirdə xüsusi yer “Kiçik Akademiya” üzvlərinin təqdimatlarına verildi.  8 B sinif şagirdi tərəfindən hazırlanmış "Ağıllı şəhər" layihəsi təqdim olundu.

Sonra Solmaz Ulubəyovanın rəhbəri olduğu və 9 B sinif şagirdlərinin birlikdə hazırladıqları "Yaşıl enerji mənbələri" layihəsi təqdim olundu. Şagirdlərin hər biri layihədə hazırladıqları detallar barədə məlumatlar verməklə yanaşı, hər bir detalı əyani olaraq da göstərdilər.

Tədbirin sonunda şagirdlərin ifasında "Dostluq himni" mahnısı səsləndirilmiş və xatirə şəkli çəkilib.

 

 

Keçidlər