Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Uşaqlara sağlam dünya verək, həyat yükü yox” adlı tədbir keçirilib.

29 aprel 2024 | 11:50

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Uşaqlara sağlam dünya verək, həyat yükü yox” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları məktəbin şagirdləri tərəfindən müxtəlif tullantı əşlalarından hazırlanmış sərgiyə baxış keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Əzizə Abasova açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə  təsdiq edilmiş, rayonda görüləcək işlərə dair Tədbirlər Planı barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Xüsusilə vurğulanıb ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.

Tədbirdə şagirdlər “zərərli vərdişlərə  yox deyək”, “Gender bərabərliyi”, “Ekoloji problemlər” mövzuları ilə bağlı fikirləri səsləndirilmiş, daha sonra məktəbin şagirdlərdən ibarət xor kollektivi çıxış etmişlər.

Keçidlər