Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yaz-yay mövsümünə hazırlıq çərçivəsində abadlıq işlərinə start verilib

20 fevral 2026 | 11:36

Yaz və yay aylarında rayon təsərrüfatının səmərəli idarə olunması,  ictimai məkanların və abadlıq sahələrinin abadlaşdırılması, küçə və prospektlərdə işıqlandırmanın yaxşılaşdırılması, həmçinin sanitar-gigiyenik vəziyyətin yüksəldilməsi məqsədilə Nəsimi rayonu ərazisində aparılan monitorinqlər zamanı aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində genişmiqyaslı abadlıq və quruculuq işlərinə başlanılıb. 

Görülən işlər çərçivəsində mərkəzi küçə və prospektlərdə şəhərin estetik görünüşünə xələl gətirən hasar və istinad divarları, tamet daşları bərpa olunur, yeni bordürlər quraşdırılır, sakinlərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün park, məhəllə və həyətlərdə oturacaqlar, idman qurğuları və uşaq oyun elementləri təmir edilir, sanitar-təmizlik işləri həyata keçirilir.

Keçidlər