Nəsimi rayonunda yaz-yay mövsümünə hazırlıq çərçivəsində iməcilik keçirilib.
21 fevral 2026 | 11:44
Rayonda yaz-yay mövsümünə hazırlıq çərçivəsində keçirilən iməcilikdə prospekt və küçələrdə səki kənarları, bardürlər, abidələr, barelyeflər, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, sanitar- təmizlik işləri aparılmışdır.






