Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr edilmiş tədbir keçirilib.

21 noyabr 2023 | 10:31

20 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirildi.

Öncə Agentliyin inzibati binasında “Heydər Əliyev” guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzüldü, əziz xatirəsi ehtiramla yad olundu.

Yığıncaq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Sonra Yeni Azərbaycan Partiyasına həsr edilmiş sənədli film nümayiş etdirildi.

Tədbirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleymanov xalqımızın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə vətənpərvər insanların, ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə əsl xalq partiyasına çevrildiyini vurğulayıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Bu illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı ümumi vəziyyəti daha da ağırlaşdıraraq iqtisadi və siyasi böhran yaratdı. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd əslində bütöv xalqın arzu və istəyinin ifadəsi idi”.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu ölkə başçısı İlham Əliyevin uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən bir dövlətinə çevrilib. Eyni zamanda dövlətimizin daha da güclənməsində, xalqımızın rifahının daha da yaxşılaşmasında Heydər Əliyev Fondunun rəhbəri, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətlərindən danışıb.

Sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri, professor Vaqif Şadlinski vurğulayıb ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş həqiqi müstəqilliyimiz Prezident İlham Əliyev tərəfindən tamamilə sarsılmaz olmuş, ölkəmizdə olan demokratiya, tolerantlıq, bütün xalqların qardaş kimi yaşaması dünya dövlətləri üçün örnəkdir. Azərbaycan Prezidenti nüfuzlu beynəlxalq tədbirlərə başçılıq edir, dövlətimizdə elmin, təhsilin, səhiyyənin yüksəlişi, biznesin inkişafı üçün yaradılmış şərait dünya iqtisadi nəhənglərinin Azərbaycana can atmasına, iqtisadiyyatımızın artmasına şərait yaradır.

Yüksək mənəviyyatı, Vətəninə bağlılığı ilə hər bir dünya lideri üçün nümunə olan Prezidentimiz həmişə xalqladır və xalqı da hər zaman onun yanındadır. Azərbaycan ziyalılarının ölkəmizin ağır günlərində Ulu Öndərimizin ətrafında birləşməsi nəticəsində yaranmış Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin parlaq strategiyası sayəsində nəinki Cənubi Qafqazda, bütün dünyada qabaqcıl siyasi qüvvəyə çevrilmişdir.

Daha sonra YAP İdarə heyətinin üzvü,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov öz çıxışında gələn qonaqlara Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salam və təbriklərini çatdırıb. O, çıxışında 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda bu cür taleyüklü məsələdə xalqımızın yanında olan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs edib. "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı müxalifət partiyası kimi yaradıldı və qısa müddət ərzində bu partiya cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. Vazeh müəllim onu da vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrilmişdir. Vazeh Əsgərov çıxışının sonunda tədbir iştirakçılarına öz təbriklərini çatdıraraq nitqini yekunlaşdırıb.

Sonda çıxış edən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov qeyd etdi ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyini itirməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə, Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar.

Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup ərazi partiya təşkilatına təşəkkürnamə, partiya biletləri təqdim olundu. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çat

Keçidlər