Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Yeni ilə hazırlıq işləri aparılıb.

22 dekabr 2023 | 11:05

Azərbaycana Yeni ilin gəlməsi ilə əlaqədar ölkənin paytaxtı artıq bu sevimli bayramı qarşılamağa hazırlaşır. Küçə və meydanlar parlaq və rəngarəng Yeni il işıqlarına qərq olunmuşdur.

Yeni il ərəfəsində Bakının hər tərəfi yeni rənglərə bürünüb - mərkəzi prospektlər və meydanlar parlaq işıq tabloları, yeni il simvolları və əlbəttə ki, bayramın əsas atributu olan yolkalarla bəzədilib.

Bu münasibətlə Nəsimi rayonunda da böyüklərin və uşaqların sevimli bayram günlərində  ən çox gəzməyə çıxdıqları yerlərdə, parklarda, abad həyətlərdə və xiyabanlarda müxtəlif yolkalar bəzədilib, əsl nağılvari mənzərə yaradılıb, küçə və prospektlərdə işıq tabloları, parlaq fiqurlar və digər Yeni il atributları quraşdırılıb. Rayonun müxtəlif yerlərində mağazaların vitrinlərinin bayramsayağı bəzədilməsi, Yeni ilin yaxınlaşmasından xəbər verir.

Bir sözlə, Nəsimi rayonunda yeni ilə hazırlıq işləri görülüb.

Keçidlər