Nəsimi rayonunda “Yeni ilə təmiz şəhərlə” devizi ilə iməcilik keçirildi.
“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Nəsimi rayonu sakinləri tərəfindən paytaxtda “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumrayon daxili iməclik keçirildi.
Nəsimi rayon sakinləri bu iməclikdə fəallıqla çalışıb, həmçinin sahibkarlar və özəl sektorda çalışanlar özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman işlərinin yaradılmasında iştirak ediblər.
İməclik zamanı rayon sakinləri rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda xüsusilə şüşəli binaların fasadlarını, mağaza vitrinlərinin, koşklərin, məhəccərlərin yuyulmasında fəallıqla iştirak edib, obyektlərin qarşısında ağaclara və yaşıllıq zolaqlarına, xüsusi diqqət göstərərək təmizlik-abadlıq işləri görmüşdürlər.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş oluruq.