Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Yer kürəsi günü münasibəti ilə “Sağlam dünya sosial şəbəkədə təşviqi” adlı tədbir keçirilib.

22 aprel 2024 | 10:35

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Yer kürəsi günü münasibəti ilə “Sağlam dünya sosial şəbəkədə təşviqi” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən hazırlanmış sərgiyə tamaşa ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Hənifəyeva açaraq tədbir iştirakçılarına mövzu barədə ətraflı məlumat verib.

Oyunda maraqlı mövzuları əhatə edən öyrədici suallar səsləndirilib. Eyni zamanda şagirdlərin hazırladıqları alternativ enerji növlərindən ibarət texniki  maketlər də sərgilənib.

Tədbirin sonunda  10-cu sinif şagirdləri arasında mövzu ilə əlaqədar intellektual oyun keçirilib. Şagirdlərin təklifləri dinlənilib. Hazırlanmış referatları siniflərdə təqdim olunub. Eyni zamanda dəyərli məlumatları və layihələri sosial şəbəkələrdə yer alıb.

 

Keçidlər