Nəsimi rayonunda yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Nəsimi rayonunda da yolların qardan təmizlənməsi istiqamətində işlər gücləndirilmiş iş rejimində davam etdirilir.
Nəsimi rayonunda əsas küçə, prospektlərin, həmçinin avtomobil yollarının qardan təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün maşın-mexanizm və texnikalar da cəlb edilib.
Qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.
Qeyd edək ki, qarın təmizlənməsi üçün yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər, məhəllədaxili yollar, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı təmizlənib. Eyni zamanda qarın piyada səkilərindən, avtobus dayanacaqlarından, metro stansiyalarının qarşısından təmizlənməsi işləri davam etdirilir.