Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yollarının qardan təmizlənməsi davam edir.

09 yanvar 2023 | 16:00

Bu gün gecə saatlarından etibarən qarın yağması ilə əlaqədar  yolların, küçələrin qar və buzla örtülməməsi üçün, nəqliyyatın və piyadaların hərəkətində çətinliklərin  aradan qaldırılması üçün Nəsimi rayonunun kommunal strukturları və aidiyyəti qurumları xüsusi gücləndirilmiş iş rejimində  fəaliyyətə başlayıb. Bununla əlaqədar yağan qarın küçə, prospektlərdən və piyada səkilərindən, avtobus dayanacaqlarından, metro stansiyalarının qarşısından təmizlənməsi işləri davam etdirilir.

Eyni zamanda qarın təmizlənməsi üçün yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər  ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. Qeyd edək ki, rayonda xüsusi təyinatlı texnika vasitələri ilə yollara duz və reagentlərin səpilməsi işləridə də həyata keçirilir.

Bu istiqamətdə işlər gün ərzində davam etdirilir.

Keçidlər