Nəsimi rayonunda Zəfər günü ilə əlaqədar “Əsgərə məktub” lahiyəsi keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Koroğlu Parkı”nda Zəfər günü münasibətilə "Əsgərə məktub " layihəsi keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyin sədri ehtiyatda olan polkovnik Mehdi Mehdiyev Zəfər Günü bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Qeyd etdi ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.
Xüsusilə vurğulandı ki, müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. Bu sevgi vətənpərvərlikdir. "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir və bu layihə davamlı keçirilir.
Tədbirdə təqdim olunan mahnılar, şagirdlərin söylədiyi şerlər, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi maraqla qarşılanmışdır.
Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıblar.