Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Zəfər günü”nə həsr olunmuş “44 gün” adlı tədbir keçirilib.

05 noyabr 2024 | 11:00

Təsviri Sənət Qalereyasında  8 noyabr- Zəfər Gününə həsr olunmuş “44 gün” IV yaradıcılıq müsabiqəsinin təltifetmə  mərasimi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycanın xalq yazıçısı fəxri adına layiq görülmüş, nasir, publisist Elmira Axundova, Vətən müharibəsinin qaziləri, valideynlər və gənclər iştirak etmişdi. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Kəmalə Abdullayeva çıxış edərək tədbirin əhəmiyyəti barədə məlumat verdi.

Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. Düşməndən təmizlənmiş Qarabağımızda artıq yeni həyat başlayıbdır. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışı gözləyir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Torpaqlarımız şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Digər çıxış edənlər- publisist Elmira Axundova və  Vətən müharibəsinin qazisi Şiraz Həsənov bildirilər ki,  tədbirin keçirilməsində məqsəd uşaq və gəncləri vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək, onlara yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılamaqdır. Həmçinin   müzəffər Azərbaycan Ordusunun gücünü , qətiyyət və iradəsini gənc  nəslə təbliğ etmək,   zəfər tariximizi uşaqlara  daha dərindən öyrətmək ,yaradıcılıq  təfəkkürünün  inkişafina şərait yaratmaq , gənc istedadları  üzə çıxarmaqdan ibarətdir.

Dərnək üzvlərinə diplom və hədiyyələr təqdim edildi.

Sonra dərnək üzvlərinin ifasında şer, mahnı və rəqslər nümayiş etdirildi və xatirə şəkli çəkildi.

 

Keçidlər