Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda "Zəfər günü"nə həsr olunmuş müxtəlif növ idman yarışlarının təltifolunma mərasimi keçirildi.

31 oktyabr 2024 | 11:31

Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti və ATU-nin “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə gənclər arasında "Zəfər günü"nə həsr olunmuş Futzal, Badminton və Şahmat idman yarışlarının təltif olunma mərasimi keçirildi.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Tibb Universitetinin prorektoru Mahir Səfərov, ATU-nin "Təbib" idman klubunun sədri Qələndər Aslanov, məşqçilər və tələbər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə ATU-nin "Təbib" idman klubunun sədri Qələndər Aslanov açaraq tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyəti barədə məlumat verdi.

Tədbirdə çıxış edən  Azərbaycan Tibb Universitetinin prorektoru Mahir Səfərov İlk öncə  tələbələr arasında keçirilən “Zəfər günü” nə həsr olunmuş  idman yarışlarında iştirakçıları salamlayaraq qeyd etdi ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə bizə sevinc bəxş etdi. Məlumdur ki, ölkəmizdə gənclər və idman sahəsinə ayrılan böyük diqqət, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Yarışlarda qalib gələn bütün tələbələri təbrik edərək, uğurlarının davamlı olmağını arzu etdi.

Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov qeyd etdi ki, Prezident İlham Əliyevin liderliyi və qətiyyəti ilə ölkəmiz həm siyasi, həm də hərbi sahədə böyük uğurlara nail oldu. Prezidentimizin güclü liderliyi altında ölkəmiz daha da güclənir və beynəlxalq arenada layiqli yerini möhkəmləndirir. Həmçinin Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır.

Tədbirin sonunda qalib komandalar kubok, diplom və medallarla təltif olunmuş, gənclər ölkədə idmana göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər