Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Zəfər Günü”nə həsr olunmuş Şahmat turniri keçirilib.

31 oktyabr 2022 | 11:08

Nəsimi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə 28 oktyabr 2022-ci il tarixdə 247 saylı tam orta məktəbdə Nəsimi rayon məktəbliləri arasında 8 noyabr -​ Gününə həsr olunmuş Şahmat turniri keçirilib.

Tədbirdə Nəsimi rayon  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin kollektivi və Vətən müharibəsi qaziləri Elvin Qasımov və Əkbər İsmayılov iştirak edib.

Turnirdən öncə tədbir iştirakçıları rayon ərazisində yerləşən “Zəfər bağı”nda Nəsimi rayon şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini ziyarət edərək,  önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Daha sonra turnirin açılışı olmuş, dövlət himni səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Turnirdə 25 komanda tərkibində 75 nəfər məktəbli iştirak edib. 12 yaşadək məktəblilərin iştirak etdiyi turnir olimpiya sistemi üzrə keçirilib.

Turnirin nəticələrinə 247 saylı tam orta məktəbin komandası I,​ 54 saylı tam orta məktəbin komandası II, Hədəf Liseyinin komandası III yerə layiq görülüb.

Eyni zamanda yarışda şəxsi hesabda oğlanlar arasında ən yüksək nəticəni 54 saylı tam orta məktəbin şagirdi Cahandar Azadəliyev, qızlar arasında isə 247 saylı tam orta məktəbin şagirdi Əsnad Baxşızadə göstərmişdir.

Komanda və şəxsi hesabda qalib gəlmiş komandalar və iştirakçılar kubok, diplom və medallarla, qalib komandaların məşqçi müəllimləri isə diplomla təltif olunublar. Mükafatları qaliblərə Vətən müharibəsi qaziləri Elvin Qasımov və Əkbər İsmayılov təqdim etmişdir.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Keçidlər